TƏHSİL TƏRƏFDAŞLARIMIZ

Sabancı Universiteti& Sabancı Universiteti EDU

"MBA Marketinq" Təqaüd Proqramı Baku Growth Academy-nin Sabancı Universiteti və Sabancı University EDU ilə əməkdaşlığı çərçivəsində həyata keçirilir. Bu tərəfdaşlıq iştirakçılara beynəlxalq standartlara uyğun hazırlanmış marketinq təhsili təqdim edir.

UNİVERSİTET

Sabancı Universiteti

1996-cı ildə yaradılan Sabancı Universiteti Türkiyənin ən nüfuzlu universitetlərindən biridir. Universitet multidissiplinar təhsil modeli, güclü tədqiqat infrastrukturu və beynəlxalq akademik yanaşması ilə tanınır. Bu gün minlərlə tələbə və məzunu ilə regionun aparıcı ali təhsil müəssisələrindən hesab olunur.

1996
Təsis ili
1999
İlk akademik il
4 024
Bakalavr tələbəsi
941
Magistratura və doktorantura tələbələri
20 165
Məzun
58.7%
Təqaüdlü bakalavr tələbələri
EXECUTIVE EDUCATION

Sabancı Universiteti EDU

Sabancı University EDU 2002-ci ildən fəaliyyət göstərən rəhbərlərin inkişafı və korporativ təhsil mərkəzidir. Liderlik, strategiya, marketinq, satış, innovasiya və təşkilati inkişaf sahələrində Türkiyənin ən güclü təhsil mərkəzlərindən biridir.

355 000+
İştirakçı
18 500+
Təlim günü
337+
Korporativ şirkət
23 il
Təcrübə
Financial Times 2026
Custom Programs kateqoriyası
#29
Dünya reytinqi
GLOBAL NETWORK

Qlobal nüfuz

Sabancı University EDU dünyanın nüfuzlu ali təhsil müəssisələri və biznes məktəblərinin daxil olduğu UNICON konsorsiumunun tam hüquqlu üzvüdür. Bu şəbəkəyə aşağıdakı qurumlar daxildir:

Harvard Business School
MIT
Yale
Cambridge
Berkeley
Columbia Business School
London School of Economics

Bu əməkdaşlıq proqramın beynəlxalq keyfiyyət standartlarına uyğun hazırlanmasını təmin edir.

İŞTİRAKÇILAR ÜÇÜN

Tələbələr nə qazanır?

Beynəlxalq standartlar

Beynəlxalq təhsil metodikası ilə hazırlanmış kurikulum.

Praktiki öyrənmə

Nəzəriyyə ilə yanaşı real tapşırıqlar və layihələr.

Real biznes nümunələri

Case-study əsaslı real bazar situasiyaları

AI əsaslı marketinq

Süni intellekt alətləri ilə müasir marketinq təcrübəsi.

Qlobal akademik yanaşma

Türkiyənin aparıcı universitetinin metodologiyası.

Korporativ təcrübə

Korporativ təhsil standartlarına uyğun öyrənmə mühiti.

SERTİFİKAT

Birgə akkreditasiya

Proqramı uğurla başa vuran iştirakçılar Baku Growth Academy, Sabancı Universiteti və Sabancı University EDU tərəfindən birgə akkreditasiya olunmuş sertifikat əldə edəcəklər.

Sertifikat
BGA
Sabancı Universitesi
Sabancı University EDU
Birgə təsdiqlənmiş sertifikat
BEYNƏLXALQ STANDARTLAR

MBA Marketinq tələbələri beynəlxalq standartlara uyğun yetişir.

Azərbaycanın aparıcı marketinq proqramlarından birinə qoşul və beynəlxalq tərəfdaşların dəstəyi ilə inkişaf et.