Proqram şərtləri
“Gələcəyin Marketoloqları” təqaüd proqramında iştirak Baku Growth Academy tərəfindən elan olunmuş qaydalar əsasında həyata keçirilir. Seçim mərhələləri, tədris qrafiki və modul məzmunu proqramın rəsmi təsvirində göstərildiyi kimidir. Təşkilatçı zəruri hallarda qrafik və formatda dəyişiklik etmək hüququnu özündə saxlayır.
Məlumatların doğruluğu
İştirakçı müraciət zamanı təqdim etdiyi bütün məlumatların (şəxsi məlumatlar, təhsil və iş təcrübəsi, əlaqə vasitələri) doğru və tam olduğunu təsdiq edir. Yanlış və ya yanıldıcı məlumat aşkarlandıqda namizədin müraciəti və ya iştirakı ləğv edilə bilər.
Sertifikat şərtləri
Birgə akkreditə olunmuş sertifikat yalnız proqramın tədris tələblərini yerinə yetirən — iştirak davamiyyətini təmin edən və tapşırıqları/qiymətləndirmələri uğurla tamamlayan iştirakçılara verilir. Sertifikat şəxsidir və üçüncü şəxslərə ötürülə bilməz.
Əlaqə
Razılaşma ilə bağlı suallar üçün Baku Growth Academy ilə əlaqə saxlaya bilərsiniz.